logo
BDU-da "Gənclik həftəsi" başa çatıb

BDU-da "Gənclik həftəsi" başa çatıb

BDU-da "Gənclik həftəsi" başa çatıb BDU-da "Gənclik həftəsi" başa çatıb

Bakı Dövlət Universiteti (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş “Gənclik həftəsi” layihəsi başa çatıb.

14-18 avqust tarixlərində keçirilən “Gənclik həftəsi” tələbə-gənclərin şəxsi inkişafının təmin olunması, dünyagörüşlərinin artırılması, asudə vaxtlarının səmərəli keçirilməsi, könüllülük dəyərlərinin aşılanması məqsədi ilə həyata keçirilib.

Layihənin bağlanış mərasimində çıxış edən BDU-nun TGT sədri Ələkbər Həsənov layihədə uğurla iştirak edən tələbələri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. O, bugünkü gəncliyin vətənpərvər, sağlam və intellektual ruhda inkişafı üçün bu cür layihələrin davamlı olacağını qeyd edib. Bildirib ki, “Gənclik həftəsi”ndə 200 tələbə iştirak edib, onların asudə vaxtının səmərəli təşkili məqsədilə müxtəlif təlimlər, idman oyunları və əyləncəli yarışlar təşkil edilib.

Layihədə aktiv iştirakı ilə fərqlənən gənclər müxtəlif hədiyyə və sertifikatlarla təltif olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media