logo
"Azpetrol" Çin istehsalı olan elektromobillər üçün ötürücülərin tətbiqinə başlayıb

"Azpetrol" Çin istehsalı olan elektromobillər üçün ötürücülərin tətbiqinə başlayıb

"Azpetrol" Çin istehsalı olan elektromobillər üçün ötürücülərin tətbiqinə başlayıb "Azpetrol" Çin istehsalı olan elektromobillər üçün ötürücülərin tətbiqinə başlayıb

“Azpetrol” şirkəti daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq, yeni, Çin istehsalı olan elektrik mühərrikli avtomobillər üçün nəzərdə tutulan “CHAdeMO to GB/T adapter 125A” ötürücülərinin tətbiqinə başlayıb.

Bununla da, “Azpetrol” elektromobillərin doldurulması məntəqələrində, müxtəlif standartlara malik olan elektik mühərrikli avtomobilləri 30-40 dəqiqə ərzində şarjetmə imkanı yaradan, 50 kVt gücündə “DC Charging” avadanlıqları quraşdırılmışdır.

Məlumata görə, “Azpetrol” şirkətinin hazırda 20 elektromobillərin doldurulması məntəqəsi mövcuddur: Qaradağ rayonu, Salyan şossesi 66-cı km; Qaradağ rayonu, Qaradağ qəsəbəsi, Puta mayakın Şimal Qərb hissəsi; Qaradağ rayonu, Salyan şossesi 15-ci km; Xətai rayonu, 8 Noyabr prospekti 1240-cı məhəllə; Nizami rayonu, Babək prospekti ev 2276-77; Nəsimi rayonu, Moskva prospekti, ev 1013-cü məhəllə; Yasamal rayonu, Həsənbəy Zərdabi 593; Nərimanov rayonu, Vaqif küçəsi 881-884-cü məhəllə; Ziya Bunyadov prospekti 3023-cü məhəllə; Nizami rayonu, Heydər Əliyev prospekti 105; Nizami rayonu, M.Əliyev küçəsi 2405-ci məhəllə; Nizami rayonu, Heydər Əliyev prospekti 170; Xəzər rayonu, Qala STQ; Qala qəsəbəsi, Aeroport-Mərdəkan dairəsi, avtomobil yolunun sağ tərəfi. Şamaxı YDM (Şamaxı rayonu, Şəhriyar qəsəbəsi, Bakı-Şamaxı yolunun sol tərəfi), Kürdəmir - ASAN YDM (Kürdəmir rayonu, Şıxımlı kəndi), Səlyan YDM (Salyan rayonu, Çuxanlı Ə/VO Çuxanlı kəndi, Ələt-Astara-İran İslam Respublikası avtomobil yolu 47-ci km), Gəncə-Mərkəz YDM (Gəncə şəhəri, Kəpəz rayonu, Şah İsmayıl Xətai prospekti ilə Azərbaycan bayrağı küçəsinin kəsişməsi), Qəbələ YDM (Qəbələ şəhəri, İ.B.Qutqaşınlı küçəsi), Mingəçevir-2 YDM (Yevlax rayonu, Havalı kəndi) ərazilərində quraşdırılıb. Daha bir məntəqə isə Sumqayıt YDM (Sumqayıt şəhəri, Bakı-Quba yolu 30-cu kilometir) ərazisində fəaliyyət göstərir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media