https://innews.media/uploads/news/2023-08/_innews_bfcb23a85cd104d6cf444baf4_o.jpg
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 22-31 avqust 2023-cü il tarixlərində “Biz Birlikdə Güclüyük!” adlı, Azərbaycanın əksər rayonlarını təmsil edən qızların (100 nəfər) iştirakı ilə yay düşərgəsi keçiriləcək.
Yay düşərgəsində rayon ərazisində keçirilən tədbirlər zamanı öz fəallığı ilə seçilən uşaqlar, şəhid və qazi övladları iştirak edəcək.
Tədbir qızların asudə vaxtının səmərəli təşkili, ictimai fəallığın artırılması, eləcə də, liderlik keyfiyyətlərinin formalaşmasına dəstək məqsədini daşıyır.
Qeyd edək ki, 10 gün davam edəcək düşərgədə müxtəlif mövzularda təlim, ekskursiya və əyləncəli oyunlar keçiriləcək. Bununla yanaşı, düşərgə iştirakçılarının Azərbaycanın tanınmış, öz fəaliyyətində nailiyyətlər əldə etmiş simaları ilə görüşləri təşkil olunacaq.
Düşərgənin açılış mərasimi 22 avqust 2023-cü il tarixində, saat 15:15-də “Cırtdan” Uşaq İstirahət Mərkəzi. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi, döngə 4-də baş tutacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin