logo
"İqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinin dinamikasına təsiri" mövzusunda seminar keçirilib

"İqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinin dinamikasına təsiri" mövzusunda seminar keçirilib

"İqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinin dinamikasına təsiri" mövzusunda seminar keçirilib "İqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinin dinamikasına təsiri" mövzusunda seminar keçirilib

Avqustun 17-də İqlim Dəyişmələri üzrə Dövlət Komissiyası tərəfindən qəbul olunan qərarların icrası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşəbbüsü ilə "İqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinin dinamikasına təsiri”nin müzakirəsi  məqsədilə seminar keçirilib.

Seminarda ETSN, AMEA, Kənd Təsərrüfatı Nazirliyi, Energetika Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), Xəzər Universiteti, BMT-nin İnkişaf Proqramı (UNDP) və digər yerli və beynəlxalq qurumların nümayəndələri iştirak ediblər.

Sözügedən seminarın birinci hissəsi Milli Adaptasiya Planının (NAP) hazırlanmasına, ikinci hissəsi isə iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinin dinamikasına təsiri mövzularına hərs olunub.

Seminarda iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinin dinamikasına təsiri, səviyyə dəyişmələrinin ölkəmizin sahil zonasında yaratdığı sosial-iqtisadi və ekoloji problemlər, iqlim dəyişmələri nəticəsində artmaqda olan təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələr və digər mövzular müzakirə olunub.

Seminara Xəzəryanı ölkələrin Hidrometeorologiya Xidmətlərinin nümayəndələri də qoşulublar. Rusiyanın Federal Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Xidmətinin (“Росгидромет”) nümayəndəsi xanım Y. Ostrovskaya “Regional iqlim dəyişmələrinin Xəzər dənizinin səviyyəsinə təsiri”, həmçinin  Qazaxıstan Respublikasının Ekologiya, Geologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin  (РГП "Казгидромет") əməkdaşı cənab  N. Abayev “Qazaxıstan Respublikasının Milli Hidrometeorologiya Xidmətinin hidrometeorologiya sahəsində və Xəzər dənizi regionunda fəaliyyəti” mövzuları ilə çıxış ediblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media