logo
"Xəzər günü" Abşeron Milli Parkında maraqlı tədbirlərlə qeyd olundu

"Xəzər günü" Abşeron Milli Parkında maraqlı tədbirlərlə qeyd olundu

"Xəzər günü" Abşeron Milli Parkında maraqlı tədbirlərlə qeyd olundu "Xəzər günü" Abşeron Milli Parkında maraqlı tədbirlərlə qeyd olundu

12 avqust Xəzər günü həm dəniz sahili ərazilərdə təmizlik aksiyaları ilə, həm də Abşeron Milli Parkında keçirilən rəngarəng və maarifləndirici tədbirlərlə yaddaşlara həkk olundu.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, "ASAN Könüllüləri" Təşkilatının "Mədəniyyət Carçısı" proqramının istedadlı könüllülərinin, Coca-Cola, Carlsberg, Davam Gənclər Hərəkatının, ictimaiyyət nümayəndələrinin, turistlərin, ekokönüllülərin iştirakı ilə milli parkda keçirilən tədbir canlı musiqilərlə, müxtəlif interaktiv və əyləncəli oyunlarla ziyarətçilərin marağını və diqqətini çəkdi.

Qonaqlar skuter, kvadrasikl, velosiped sürərək əyləncəli vaxt keçirdi, qum üzərində hazırlanmış oyunlarla rəqabətli yarış performansları göstərdi və paratrike ilə maraqlı anlar yaşadılar.

Sonda iştirakçılar Xəzərlə bağlı hazırlanmış sual-cavabda iştirak edərək simvolik hədiyyələr qazandılar.

Bu kimi tədbirlərin keçirilməsində məqsəd insanların asudə vaxtlarının təbiət qoynunda səmərəli keçirilməsinə şərait yaratmaq, ekoturizmi təbliğ etməklə yanaşı, Xəzərin mühafizəsində ictimaiyyətin rolunu artırmaq, dəniz ətraf mühitinə daha duyarlı gənclərin yetişməsinə nail olmaqdır.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media