https://innews.media/uploads/news/2023-08/_innews_3fa29dab8d04e87dd42ec4fd6_o.jpg
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzlərində uşaqların asudə vaxtının səmərəli keçirilməsi məqsədilə yay düşərgələri təşkil olunub.
Şəhid, qazi və həssas təbəqədən olan ailələrin uşaqları, eləcə də Mərkəz benefisiarlarının cəlb olunduğu düşərgələrdə ümumilikdə 37 uşaq iştirak etmişdir.
Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzində müharibə iştirakçısı Roman Zeynalovun vətənpərvərlik və milli-mənəvi dəyərlər mövzusunda uşaqlarla apardığı müzakirələr, həmçinin düşərgə proqramı çərçivəsində psixoloqun iştirakı ilə intellektin ölçülməsi, xarakter tiplərinin analizi və özünüqiymətləndirmə testləri onların böyük marağına səbəb olub.
Düşərgə müddətində uşaq hüquqları, “bullinqlə” mübarizə, sağlam həyat tərzi mövzularında müxtəlif təlimlər, ustad dərsləri, interaktiv və əyləncəli oyunlar keçirilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin