logo
Gənc artist NURAN yeni layihəsini təqdim edib - VİDEO

Gənc artist NURAN yeni layihəsini təqdim edib - VİDEO

Gənc artist NURAN yeni layihəsini təqdim edib - VİDEO Gənc artist NURAN yeni layihəsini təqdim edib - VİDEO

innews.media xəbər verir ki, ifaçı “Salamat qal” adlı mahnısını ekranlaşdırmaq qərarına gəlib.

O, sözləri və musiqisi İntiha-ya (Rafael Şabanov) məxsus olan mahnının aranjımanı Calvis-ə, miks və masterinqi isə Nihat Məlikova aid bəstəyə klip çəkdirib.

Layihənin direktoru iş xanımı Ruhiyyə Əliyeva, istehsal şirkəti “Liatris Holding”dir.

NURAN-ın klipində istifadə olunan geyimlər aktrisa Nərgiz Əliyevanın brendi olan “Jasmin Couture”a məxsusdur.

İfaçının geyim asistanı Ayşə Heydərova, qrim ustası Malvina Vəliyevadır.

Müğənninin saç düzümü üzərində M. Vəliyeva və Aygün Məmmədova çalışıb.

Bundan əlavə, dop Ülvi Əsgərova məxsusdur, dop asistanı Mirələm Əzimov, fokus puller Sübhan Quluzadə, gaffer Əli Abbasovdur.

Nuranla birgə ekran işində aktrisa Esmiralda Dalayeva rol alıb.

Mahnı bütün musiqi platformalarında təqdim olunub!

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media