https://innews.media/uploads/news/2023-08/_innews_4835163660f7fd49dab157e45_o.jpg
"Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq ehtimalı olduğundan sərnişinlər "Ulduz" stansiyasında düşürülüb.
Bu barədəinnews.media “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, qatar ən yaxın yoxlama məntəqəsi kimi "Nərimanov" elektrik deposuna yola salınıb. Nəticədə intervaldan əlavə 3 dəqiqəlik yubanma yaranıb.
Həmin qatarın əvəzinə xəttə qatar verilib.
***
Qurumdan daha sonra verilən məlumata görə, texniki baxış nəticəsində qapıda nasazlıq olmadığı dəqiqləşdirilib:
“Qatar yenidən xəttə veriləcək və ehtiyat qatar depoya yola salınacaq”.
Ən son xəbərləri səhifəmizdən də izləyin