logo
DSX: ümumi çəkisi 15 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb

DSX: ümumi çəkisi 15 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb

DSX: ümumi çəkisi 15 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb DSX: ümumi çəkisi 15 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb

Avqustun 6-da saat 13:55-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 15 kiloqram 195 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

footer
Top