https://innews.media/uploads/news/2023-08/_innews_21a3f0e1f46e0e1b0c4759afa_o.jpg
Yevlax Pilot Aqroparkda fərdi sahibkar Əli Əhmədova və “Kronos Agro” MMC-yə rezident statusu verilib.
innews.media xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov X.com-da (tvitter) bildirib.
Rezidentlər tərəfindən 61.9 hektar sahədə investisiya həcmi 938.4 min manat olan intensiv meyvə bağları salınacaq, 19 nəfər daimi, 128 nəfər isə mövsümi işlə təmin ediləcək.
Aqroparkın ümumi ərazisi 2 855 hektar təşkil edir, bunun da 1 147 hektarlıq hissəsini parsellərə bölünmüş sahələr, 1028 hektarını heyvanların yem təminatı sahəsi, 129 hektarını isə sosial zona təşkil edir.
Pilot aqroparkın 1 147 hektarlıq sahəsi 20 hektarlıq parsellərə bölünməklə fermerlərin uzunmüddətli istifadəsinə verilir.