Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Megastore” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə növbəti “Tullantıları ekoçantaya dəyiş” aksiyası 5 avqust tarixində Qubada keçirilib.
Aksiya zamanı vətəndaşlar ümumi tutumu 270 litr olan plastik, 44 litr tutumu olan şüşə butulka və 51 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ekoçanta əldə ediblər.
Hər kəsi bu cür aksiyalarda fəal iştirak edərək şəhərdə və bölgələrdə tullantıların təkrar emalına dəstək olmağa çağırırıq. Eyni zamanda plastik torbalar əvəzinə çoxistifadəlik ekoçantalardan istifadəyə səsləyirik.