logo
UNEC "Webometrics"də də birinci oldu!

UNEC "Webometrics"də də birinci oldu!

UNEC "Webometrics"də də birinci oldu! UNEC "Webometrics"də də birinci oldu!

Dünya Universitetlərinin Webometrics Reytinqinin (Webometrics Ranking of World Universities) 2023-cü il nəticələrinə əsasən, UNEC dünya universitetlərinin ilk 10%-liyində yer alaraq, ilk dəfə ölkə üzrə birinci yerə yüksəldi.

Dünyanın 32 minə yaxın universitetlərinin reytinqini  hazırlayan Webometrics-də UNEC son illərdə 15 min universiteti geridə buraxmış və hazırda inamla irəliləməkdədir. 2023-cü ilin birinci reytinq cədvəlində 3644-cü pillədə Azərbaycan üzrə ikinci yeri tutan UNEC, 6 aydan sonra 3196-cı pilləyə yüksələrək ölkə birincisi oldu.

Qeyd edək ki, QS Dünya Universitetləri Reytinqində də  (QS World University Rankings 2024) UNEC ölkə birincisi olmuşdu.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin