logo
Sığorta mübahisələri ilə bağlı elmi-praktiki konfrans keçirilib

Sığorta mübahisələri ilə bağlı elmi-praktiki konfrans keçirilib

Sığorta mübahisələri ilə bağlı elmi-praktiki konfrans keçirilib Sığorta mübahisələri ilə bağlı elmi-praktiki konfrans keçirilib

Azərbaycan Respublikasının Mərkəzi Bankı və Sosial Tədqiqatlar Mərkəzinin dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Mediasiya Şurasının birgə təşkilatçılığı ilə "Sığorta mübahisələrinin həllində mediasiya institutunun rolu" mövzusuna həsr olunmuş elmi-praktiki konfrans keçirilib.

innews.media xəbər verir ki, konfransda Azərbaycan Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev, Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova və Assosiasiyanın İcraçı direktoru Elmar Mirsalayev, habelə Mediasiya Şurasının sədri Nadir Adilov çıxış edərək mediasiya mexanizminin üstünlüklərinə və özəlliklərinə toxunublar. Çıxışçılar nitqlərində maliyyə mübahisələrinin mövcud həcminə işıq salaraq sığorta mübahisələrinin həllində mediasiyanın rolunun əhəmiyyətini xüsusi olaraq vurğulayıblar.

Konfransda tədbir iştirakçıları sığortaçılarla sığortalılar arasında mediasiya vasitəsilə barışıq təmin olunarkən növbəti mərhələdə tətbiq olunacaq barışıq sazişinin nümunəsi ilə də tanış olublar.

Tədbir çərçivəsində sığortaçılarla mediatorlar arasında mövzu üzrə müzakirələr aparılıb. 

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media