https://innews.media/uploads/news/2023-07/_innews_ad15d1c92d990f788001ad341_o.jpg
“Sözün düzü Türkiyə şou-biznesinə qatılmaq barədə fikirlərim var. Amma nə işim varsa, öz xalqım üçün edirəm və mənə Bakıda fəaliyyət göstərmək daha rahatdır”.
Bunu Müğənni, bəstəkar Tarzan Şamil …az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, insanlar üçün hər şey adi olub, gündə 50 müğənni çıxır, amma heç biri meydanda qalmır:
“Sözün düzü Türkiyə şou-biznesinə qatılmaq barədə fikirlərim var. Amma nə işim varsa, öz xalqım üçün edirəm və mənə Bakıda fəaliyyət göstərmək daha rahatdır. Amma hələ növbəti illərdə bu barədə daha dərindən düşünməliyəm. Bir neçə türk müğənninin pərəstişkarıyam. Eləcə də bir neçə müğənni ilə dostluq münasibətim var. Əslində Türkiyədə verilişlərə də dəvət almışam. Məni tanıyanlar yaxşı bilir ki, çox ciddi insanam və ətrafımdakı insanlardan heç kimin sözünü qəbul etmirəm. Hər kəsə qulaq asıram, amma sonda öz bildiyimi edirəm. İndiyə qədər heç kimin göstərişi ilə iş görməmişəm. Mənim həmişə öz planlarım olub və bunları həyata keçirməyə çalışmışam”.
Ən son xəbərləri səhifəmizdən də izləyin