https://innews.media/uploads/news/2023-07/_innews_ccd6f27fff4bd6ead8f64a839_o.jpg
SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Lənkəran şəhərində görüşü təşkil olunacaq. Aksiya Lənkəran şəhər Mədəniyyət Mərkəzinin qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” iyulun 12-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq.
İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin