https://innews.media/uploads/news/2023-07/_innews_e8b6c46ad21536be49b029940_o.jpg
Dövlət qeydiyyatına alınmış Qəbələ 1 saylı mediasiya təşkilatının Mediasiya Şurası üzvlüyünə qəbulu ilə bağlı məsələyə 4 iyul 2023-cü il tarixində keçirilən Mediasiya Şurasının İdarə Heyətinin iclasında baxılıb.
Belə ki, İdarə Heyətinin yekdil qərarı ilə Qəbələ şəhəri üzrə fəaliyyət göstərəcək mediasiya təşkilatının Şuranın üzvlüyünə qəbul edilməsi və təşkilat barədə məlumatların reyestrə daxil edilməsi qərara alınıb.
Vətəndaşlar artıq Qəbələ, Oğuz və İsmayıllı rayonu üzrə mübahisələrdə Qəbələ 1 saylı mediasiya təşkilatına müraciət edə biləcəklər.
Qəbələ 1 saylı mediasiya təşkilatının məlumatları:
Təşkilatın rəhbəri: Əliyev Ədalət Məhəmmədiyyə oğlu
Ünvan: Qəbələ şəh., Elçin Kərimov 79, Qəbələ Regional “Asan xidmət” mərkəzi
Email: qebelemt@gmail.com
Tel: +994 50 370 79 73
Ən son xəbərləri səhifəmizdən də izləyin