Uşaqlar üçün “4 Mövsüm” kulinariya müsabiqəsi sona çatdı
İyun ayının 5-dan başlayaraq iyulun 2-dək Facebook sosial şəbəkəsinin ən məşhur və dadlı kulinariya qruplarından biri olan “Азербайджанская Кухня и не только” qrupunda Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar “4 Mövsüm” adlı müsabiqə sona çatdı. Bu müsabiqə çərçivəsində uşaqlar hər həftə müvafiq olaraq payız, qış, yaz və yay mövsümlərinə aid yeməklər hazırladılar. Hər həftənin sonunda isə bütün iştirakçıların reseptləri nəzərdən keçirilərək 3 qalib dəyərli hədiyyələrlə təltif olundu.
Müsabiqədə 2 yaşdan 18 yaşa qədər bütün uşaqları əhatə edirdi. Əlbəttə ki, ailə üzvlərinin kömək etməsinə də icazə verilmişdi. Belə ki, müsabiqənin məqsədi uşaqlara mətbəxi sevdirmək, onlara ən sadə yeməkləri hazırlamağı öyrətmək, ailələri ilə birgə vaxt keçirib əylənmək idi.
“Bu il də uşaqlarla inanılmaz maraqlı, faydalı və əyləncəli iyun ayı keçirdik. 12 uşaq dəyərli hədiyyələr qazandı. Onlar çox böyük həvəslə müsabiqəyə qatılırdılar. 1 ay ərzində balalarımızla əla nəticələr əldə etdik, birlikdə mövsümlərimizə aid meyvə və tərəvəzlərdən dadlı yeməklər bişirdik, ən əsası isə həmin meyvə və tərəvəzlər haqqında çoxlu faydalı məlumat topladıq. Mən özüm də hər zaman olduğu kimi böyük həvəslə balalarımla birlikdə bu müsabiqə üçün yeməklər hazırladım”, - deyə qrupun admini və müsabiqənin müəllifi, səsləndirmə aktyoru Kübra Kərimli vurğulayıb.
Müsabiqə Facebookdakı “Азербайджанская Кухня и не только” qrupunda keçirilirdi.
Müsabiqənin baş sponsoru “Soliton” mağazalar şəbəkəsi, sponsorlar “Şahdağ Quba Truskavets Tibbi Sanatoriyası” və “Sabun Xeyir” sabundan buketlər və hədiyyələr idi.
Xatırladaq ki, “Азербайджанская Кухня и не только” qrupu 2011-ci ildən fəaliyyət göstərir və qrupun 30000-ə yaxın üzvü var. Qrup maraqlı onlayn kulinariya müsabiqələri və faydalı rubrikaları ilə məşhurdur.
Qrupa üzv olmaq və qrupdakı yenilikləri izləmək üçün bu linkə keçid edin: https://www.facebook.com/groups/158809490864818/
Ən son xəbərləri səhifəmizdən də izləyin