logo
Deputatlar Rusiya Federasiyasına səfərə edəcək

Deputatlar Rusiya Federasiyasına səfərə edəcək

Deputatlar Rusiya Federasiyasına səfərə edəcək Deputatlar Rusiya Federasiyasına səfərə edəcək

Milli Məclis sədrinin birinci müavini, Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Parlamentlərarası əməkdaşliq komissiyasının (PƏK) həmsədri Əli Hüseynli, deputatlar Emin Hacıyev, Azər Badamov və Elnur Allahverdiyev Parlamentlərarası əməkdaşlıq komissiyasının 19-cu iclasında iştirak etmək üçün iyulun 5-də Rusiya Federasiyasının Moskva şəhərinə səfər edəcəklər.

İclasın gündəliyinə uyğun olaraq, Parlamentlərarası əməkdaşlıq komissiyasının Rusiya tərəfindən olan nümayəndə heyətinin tərkibində dəyişiklik, parlamentlərarası əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri, Azərbaycan və Rusiya arasında sərhədyanı ərazilərdə, nəqliyyat-logistika sahəsində, habelə elmi-texniki sahədə əməkdaşlıq, PƏK-in 20-ci yubiley iclası barədə məsələlər müzakirə olunacaq.   

Səfər iyulun 7-də başa çatacaq.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media