logo
Oduncaq tədarükü ilə əlaqədar ictimai dinləmələr davam etdirilir

Oduncaq tədarükü ilə əlaqədar ictimai dinləmələr davam etdirilir

Oduncaq tədarükü ilə əlaqədar ictimai dinləmələr davam etdirilir Oduncaq tədarükü ilə əlaqədar ictimai dinləmələr davam etdirilir

Qışa hazırlıq məqsədilə oduncaq tədarükü ilə əlaqədar 19-25 iyun tarixlərində Şəki, Zaqatala, Daşkəsən, Goranboy, Ağstafa, Tovuz, Masallı, Yardımlı, Cəlilabad, Lerik, Astara, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarında ictimai dinləmələr keçirilib.

Şəffaflığın təmin olunması, ictimai nəzarətin həyata keçirilməsi məqsədilə ictimai fəalların, kənd sakinlərinin iştirakı ilə keçirilən ictimai dinləmələrdə qırma sahələrinin ayrılması, oduncaq tədarükü və satışının həyata keçirilməsi qaydaları haqqında ətraflı məlumat verilib.

Qeyd edək ki, Regional Meşə Təsərrüfatı Mərkəzlərinin xidməti ərazilərində tədarük olunacaq odun ilk növbədə Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinə, təhsil, səhiyyə müəssisələrinə və qazlaşdırılmayan kəndlərinin əhalisinə dəyəri əvvəlcədən ödənilmək şərtilə veriləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin