logo
Akademik Şahin Mustafayev Bozoq arxeologiya abidəsində keçirilən etnoqrafik festivalda iştirak edib

Akademik Şahin Mustafayev Bozoq arxeologiya abidəsində keçirilən etnoqrafik festivalda iştirak edib

Akademik Şahin Mustafayev Bozoq arxeologiya abidəsində keçirilən etnoqrafik festivalda iştirak edib Akademik Şahin Mustafayev Bozoq arxeologiya abidəsində keçirilən etnoqrafik festivalda iştirak edib

Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Qazaxıstan Respublikası Mədəniyyət və İdman Nazirliyinin təşkilatçılığı ilə Astananın yaxınlığında yerləşən Bozoq arxeoloji abidəsində “Bozoqdan Ulutauya” ekspedisiyası çərçivəsində “Sarıarkanın qədim yolları” festivalında iştirak edib. 

Tədbir bu tarixi ərazidə aparılan arxeoloji qazıntıların 25, TÜRKSOY-un 30, Qeyri-Maddi Mədəni Öyrənmələrin Mühafizəsi Konvensiyasının qəbul edilməsinin 20 və Qazaxıstan Respublikasında Qeyri-Maddi Mədəni İrsin Qorunması və İnkişafı Konsepsiyasının 10 illiyinə həsr olunub.

Festivalda Bozoq arxeoloji abidəsi haqqında ətraflı məlumat verilib, aparılan tədqiqatlar ictimaiyyətə təqdim edilib. Bildirilib ki, VII-IX əsrlər türk dövrünə aid olan bu abidə 1998-ci ildə məşhur qazax arxeoloqu Kemel Akişev tərəfindən aşkar edilib. Abidənin adından onun oğuz tarixinə aid olduğu ehtimal edilir.

Qeyd edək ki, Astana şəhəri yaxınlığındakı Bozoq tarixi abidəsindən başlayan ekspedisiya Akmola vilayətinin Tselinograd rayonu, Qaraqanda vilayətinin Nura rayonu və Ulutau vilayətinin Ulutau rayonlarını əhatə edəcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media