logo
Gədəbəydə hərbçimizi bıçaqlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Gədəbəydə hərbçimizi bıçaqlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Gədəbəydə hərbçimizi bıçaqlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib Gədəbəydə hərbçimizi bıçaqlayan şəxs barəsində həbs qətimkan tədbiri seçilib

Xəbər verdiyimiz kimi, Gədəbəy rayonu, Novosaratovka kəndi ərazisində yerləşən "Dəniz" adlı kafedə şəxslər arasında yaranmış mübahisə nəticəsində Tapdıqov Teymur Cümşüd oğlunun ölməsi, Tapdıqov Samir Cümşüd oğlunun və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər İbrahimov Elpərəs Bəhman oğlunun müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı ilə əlaqədar Şəmkir hərbi prokurorluğunda cinayət işi istintaq edilir.

Hərbi Prokurorluğun mətbuat xidmətindən innews.media bildirilib ki, aparılmış istintaqla Elpərəs İbrahimovun həmin məkanda bıçaqla Teymur Tapdıqova müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. E.İbrahimova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham elan edilərək, Şəmkir hərbi prokurorunun təqdimatına əsasən Gəncə Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, istintaq zamanı, həmçinin Seymur Tapdıqovun qeyd olunan məkanda bıçaqla Elpərəs İbrahimova müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə sonuncunu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən olunub. S.Tapdıqova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə ittiham elan edilərək, Şəmkir hərbi prokurorunun təqdimatına əsasən, Gəncə Hərbi Məhkəməsinin müvafiq qərarı ilə barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilib. Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media