https://innews.media/uploads/news/2023-06/_innews_4c320c289cf3b47dd1b0ab0c2_o.jpg
SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır. SOCAR “Azəriqaz” İB-nin KOBİA nümayəndəsinin iştirakı ilə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Yevlax şəhərində görüşü təşkil olunacaq. Aksiya Heydər Əliyev Sarayının qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” iyunun 8-də saat 11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin