https://innews.media/uploads/news/2023-05/_innews_156cb7f5b4297f6ad644926a9_o.jpg
Hər il dünyada Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü əsasında 31 may tarixi Ümumdünya Tütünsüz Günü kimi qeyd edilir və bununla bağlı ictimai- sosial təşəbbüslər həyata keçirilir. Bu günün qeyd edilməsində əsas məqsəd tütündən istifadənin doğurduğu xəstəliklərə və ölüm hallarına qarşı ictimaiyyətin diqqətini artırmaqdır.
"Qoru" Gənclər Təşəbbüs Qrupunun könüllüləri ictimai iaşə məkanları ilə əməkdaşlıq əsasında, 31 May 11:00-12:00 saat aralığında tütün məmulatlarından istifadəni məhdudlaşdıraraq, Içərişəhər ziyarətiçilərini bu mövzuda məlumatlandırıblar.
Tütünsüz Günlərin sayını artıraq - Sağlamlığımızı qoruyaq!
Ən son xəbərləri səhifəmizdən də izləyin