logo
Bakıda tanınmış qazax neftçisi S.Utebayevin barelyefinin açılışı keçirilib

Bakıda tanınmış qazax neftçisi S.Utebayevin barelyefinin açılışı keçirilib

Bakıda tanınmış qazax neftçisi S.Utebayevin barelyefinin açılışı keçirilib Bakıda tanınmış qazax neftçisi S.Utebayevin barelyefinin açılışı keçirilib

25 may 2023-cü il tarixində Bakı şəhərindəki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində görkəmli qazax neftçisi, əməkdar elm və texnika xadimi Safi Utebayevin barelyefinin təntənəli açılış mərasimi keçirilib.

Tədbirdə Qazaxıstanın Azərbaycandakı Səfiri Alim Bayel, ADNSU-nun rektoru Mustafa Babanlı, “Tengizşevroyl” şirkətinin Baş Direktorunun Müavini Konilkoş Suyesinov, Safi Utebayevin oğlu Maqsud Utebayev, ADNSU-nun müəllimləri və tələbələri iştirak ediblər.

S.Utebayev 25 may 1909-cu il tarixində Qazaxıstanın Atırau vilayətinin Karabau kəndində anadan olub. 1931–1935-ci illərdə Bakı Neft İnstitutunda (indiki ADNSU) təhsil alıb. Utebayev Qazaxıstanın neft sənayesinin banilərindən biri sayılır. Xidmətlərinə görə çoxsaylı dövlət mükafatlara və ordenlərə layiq görülüb. Atırau Neft-Qaz Universiteti və Jılıoy Neft-Qaz Texnoloji Kolleci onun adını daşıyırlar.

Tədbirdə çıxış edərək Səfir Alim Bayel vurğulayıb ki, Qazaxıstanla Azərbaycanı təkcə tarixlərin, mədəniyyətlərin ortaqlığı deyil, həmçinin iqtisadiyyatların strukturlarının oxşarlığı bağlayır. Diplomat təbii sərvətlərin ölkələrimizin inkişafı məqsədilə istifadəsinin əsas məqsəd olduğunu qeyd edib.

A.Bayel iştirak edənlərin diqqətini iki ölkə başçıları arasında etimada söykənən sıx dialoqun mövcudluğuna yönəldib. Ən yüksək səviyyədə əldə edilmiş razılıqların nəticəsi olaraq, bu il qazax nefti ilk dəfə Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsilə nəql olunmağa başlayıb. Yaxın gələcəkdə sözügedən marşrutu vasitəsilə Qazaxıstandan ixrac olunan neftinin həcminin artırılması planlaşdırılır.

ADNSU-nun Rektoru Mustafa Babanlı öz çıxışında Qazaxıstanla Azərbaycan arasında ali təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsi niyyətini bildirib. Xüsusilə, universitet K.İ.Satpayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti ilə əlaqələrini fəal şəkildə inkişaf etdirir. Babanlı barelyefin açılmasının iki ölkə arasında münasibətlərin inkişafında daha bir mühüm hadisə olduğunu vurğulayıb.

Öz növbəsində, Maqsud Utebayev barelyefin açılışına və atasının xidmətlərinə yüksək qiymətlləndirilməsinə görə Azərbaycan tərəfinə və təşkilatçılarına təşəkkürünü bildirib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin