logo
İki karateçimiz bürünc medal uğrunda mübarizə aparacaq

İki karateçimiz bürünc medal uğrunda mübarizə aparacaq

İki karateçimiz bürünc medal uğrunda mübarizə aparacaq İki karateçimiz bürünc medal uğrunda mübarizə aparacaq

Mərakeş Krallığının paytaxtı Rabatda Karate1 Premyer Liqa turnirinin 3-cü mərhələsində ilk yarışı günü milli komandamız üçün uğurlu keçib. 

Yarışda iştirak edən 3 idmançımızdan ikisi mübarizəyə başlayıb. Yarımfinalda qələbəni əldən verən Əminağa Quliyev (-60 kg) bürünc medal uğrunda görüşə qatılacaq. Onun rəqibi 1/4 finalda tanınmış yerli idmançıya məğlub olan digər karateçimiz Sultan Hüseynov olacaq. Medal görüşləri bazar günü keçiriləcək. Şənbə günü isə daha bir idmançımız İrina Zaretska yarışda çıxış edəcək.

13-15 May tarixlərində Rabat şəhərində Karate1 Premyer Liqa turnirinin 3-cü mərhələsində  48 ölkədən 238 idmançı iştirak edir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media