logo
Azərbaycan Metrologiya İnstitutunda Ümumdünya Metrologiya gününə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Metrologiya İnstitutunda Ümumdünya Metrologiya gününə həsr edilmiş tədbir keçirilib

Azərbaycan Metrologiya İnstitutunda Ümumdünya Metrologiya gününə həsr edilmiş tədbir keçirilib Azərbaycan Metrologiya İnstitutunda Ümumdünya Metrologiya gününə həsr edilmiş tədbir keçirilib

Tədbir zamanı dövlət və özəl müəssisələrin metroloqları ilə fikir mübadiləsi aparılıb, qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin (AİBNDX) tabeliyində fəaliyyət göstərən Azərbaycan Metrologiya İnstitutunda 20 May - Ümumdünya Metrologiya Günü münasibətilə dövlət və özəl müəssisələrin metroloqları üçün maarifləndirici tədbir təşkil olunub.  

Tədbirdə İnstitutun metroloji xidmətlərindəki yeniliklər, ölçmə vasitələrinin yoxlanılması və kalibrlənməsi işinin təşkili, milli etalon bazasının təkmilləşdirilməsi və digər prioritet məsələlər müzakirə olunub.

Görüşdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Standartlaşdırma İnstitutu, Azərbaycan Akkreditasiya Mərkəzi, “Azərişıq” ASC, Azərsu ASC, Azəriqaz İB, Azərsun Holdinq MMC, SOCAR, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi və metroloji xidmət göstərən özəl təşkilatların nümayəndələri iştirak edib.

Tədbir zamanı dövlət və özəl müəssisələrin metroloqları ilə fikir mübadiləsi aparılıb, elmi-praktiki təlimlərin və sahə üzrə xidmətlərin təşkili istiqamətində qarşılıqlı əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Sonda İnstitutun temperatur, kütlə, elektrik, təzyiq, sıxlıq, özlülük, vaxt və tezlik, ionlaşdırıcı şüalanma və radioaktivlik ölçmələri üzrə dövlət ilkin etalon laboratoriyalarına baxış keçirilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media