logo
"Heydər Əliyev İli" çərçivəsində SOCAR-ın təşkil etdiyi ağacəkmə aksiyasında rəmzi olaraq 1923 ağac əkilib

"Heydər Əliyev İli" çərçivəsində SOCAR-ın təşkil etdiyi ağacəkmə aksiyasında rəmzi olaraq 1923 ağac əkilib

"Heydər Əliyev İli" çərçivəsində SOCAR-ın təşkil etdiyi ağacəkmə aksiyasında rəmzi olaraq 1923 ağac əkilib "Heydər Əliyev İli" çərçivəsində SOCAR-ın təşkil etdiyi ağacəkmə aksiyasında rəmzi olaraq 1923 ağac əkilib

“Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlər həyata keçirilir. Bu xüsusda SOCAR tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ağacəkmə aksiyası təşkil olunub.

Baş ofisin ərazisində keçirilən ağacəkmə aksiyasında SOCAR-ın prezidenti Rövşən Nəcəf, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə və “SOCAR Könüllüləri” qrupunun üzvləri tərəfindən simvolik olaraq üç ağac əkilib.

SOCAR-ın vitse-prezidentlərinin və SOCAR prezidentinin müşavirlərinin də iştirakı ilə aksiya eyni gündə SOCAR-ın 20-dən çox müəssisə və təşkilatının ərazisində təşkil olunub və rəmzi olaraq ümumilikdə 1923 ağac əkilib.

Tədbir çərçivəsində aksiyanın keçirildiyi ərazilərdə müvafiq abadlıq işləri də aparılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media