https://innews.media/uploads/news/2022-05/_innews_8bc2882c7e1a24d2e293cc176_o.jpg
Mayın 10-da Azərbaycanın Meksikadakı Səfirliyində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə anım mərasimi keçirilib.
Meksikada Azərbaycanın meksikalı dostları və bu ölkədə yaşayan soydaşlarımızın iştirakı ilə keçirilmiş tədbirdə Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onun həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib, büstün önünə gül dəstəsi qoyulub.
Mərasimdə çıxış edən səfir Məmməd Talıbov qonaqlara müasir Azərbaycanın banisi olan Ulu Öndərin müstəqillik illərində Azərbaycanın dövlətçiliyi və xalqın tərəqqisi istiqamətindəki müstəsna xidmətləri haqda məlumat verib. O, Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanılmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində əvəzsiz rolundan bəhs edib, onun torpaqlarımızın azad olunması ilə bağlı vəsiyyətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yerinə yetirildiyini vurğulayıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin