logo
Azərbaycan səfiri "Heydər Aliyev İli" ilə bağlı Kuba mətbuatına müsahibə verib

Azərbaycan səfiri "Heydər Aliyev İli" ilə bağlı Kuba mətbuatına müsahibə verib

Azərbaycan səfiri "Heydər Aliyev İli" ilə bağlı Kuba mətbuatına müsahibə verib Azərbaycan səfiri "Heydər Aliyev İli" ilə bağlı Kuba mətbuatına müsahibə verib

4 may tarixində Azərbaycanın Kubadakı səfiri Ruslan Rzayevin Kubanın geniş dinləyici kütləsinə malik “Habana Radio” radiosunun “Yaşadığımız dünya” (El mundo en que vivimos) proqramına “Heydər Aliyev İli” ilə bağlı müsahibəsi yayımlanıb. Həmin müsahibə eyni zamanda yazılı şəkildə Kubanın “Trabajadores” qəzetinin onlayn versiyasında da dərc edilib.

Kubalı jurnalist Arsenio Rodriqezə müsahibəsində səfir 10 may 2023-cü il tarixində Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 100 iliyinin tamam olduğunu və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu vurğulayıb.

R.Rzayev Ulu Öndər Heydər Əliyevin istər Sovet İttifaqı dövründə Azərbaycana rəhbərlik etdiyi zaman, istərsə də müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu müddətdə ölkəmizin bütün sahələrdə daha da güclənməsi və müstəqilliyimizin möhkəmləndirilməsi, eləcə də Azərbaycanı iqtisadi tənəzzüldən və xarici təhdidlərdən qorumaq naminə gördüyü əvəzsiz xidmətlərindən söz açıb. Səfir müasir Azərbaycan tarixinin Heydər Əliyevin adı ilə bağlı olduğunu və məhz onun hakimiyyətə gəlişindən sonra ölkəmizin siyasi-iqtisadi həyatında nəzərəçarpacaq inkişafın müşahidə olunduğunu dinləyicilərin diqqətinə çatdırıb. R.Rzayev Ulu Öndərin Azərbaycanın dövlətçilik tarixində, həmçinin, Azərbaycanın əsas sərvəti olan neft və qazın dünya bazarlarına çıxarılması və bu sahəyə xarici sərmayələrin cəlb olunması məqsədilə “Əsrin müqaviləsi” kimi əhəmiyyətli sənədin imzalanmasında müstəsna rolundan bəhs edib.

R.Rzayev Heydər Əliyevin siyasi kursunun hazırda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirildiyini vurğulayıb.

Müsahibə zamanı habelə, “Heydər Əliyev İli” çərçivəsində Azərbaycanda və xaricdə keçirilən anım tədbirlərinə, o cümlədən Azərbaycan-Kuba ikitərəfli münasibətlərinə toxunulub.

Müsahibə ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür:

https://www.trabajadores.cu/20230503/centenario-de-heydar-aliyev-sus-ideas-forman-la-base-del-pasado-presente-y-futuro-de-azerbaiyan-fotos/

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media