logo
Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə "Heydər Əliyev və Türk Dünyası" mövzusunda beynəlxalq konfrans keçirilib

Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə "Heydər Əliyev və Türk Dünyası" mövzusunda beynəlxalq konfrans keçirilib

Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə "Heydər Əliyev və Türk Dünyası" mövzusunda beynəlxalq konfrans keçirilib Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə "Heydər Əliyev və Türk Dünyası" mövzusunda beynəlxalq konfrans keçirilib

Qazaxıstan Respublikasının Milli Akademik Kitabxanasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Heydər Əliyev və Türk Dünyası” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Beynəlxalq Türk Akademiyası və Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, TÜRKSOY-un baş katibi Sultan Raev, Qazaxıstan Respublikasının informasiya və sosial inkişaf naziri Darhan Kıdırali, Qazaxıstan Respublikasının xarici işlər nazirinin müavini Kanat Tumış, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hikmət Babaoğlu, tanınmış dövlət xadimi, Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının keçmiş üzvü Mırzatay Joldasbekov, eləcə də TDT-yə üzv ölkələrin Qazaxıstandakı səfirləri, Qazaxıstan Respublikasının parlamentariləri, akademik dairələrin nümayəndələri iştirak ediblər.

Konfrans çərçivəsində “Qazaqstan” dövlət televiziyası tərəfindən hazırlanmış, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən “Əziz həyat” sənədli filminin bir hissəsi nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan Beynəlxalq Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin və türk dünyasının mühüm şəxsiyyəti, müstəqil Azərbaycan dövlətinin rəmzi, dövlətimizin inkişafı üçün geniş imkanlar yaradan dahi rəhbər olduğunu vurğulayıb.

O, Heydər Əliyevin tarixi nailiyyətlərindən danışaraq, bu dahi şəxsiyyətin qardaş ölkələrin inteqrasiyasına xidmət edən türk əməkdaşlıq strukturlarının yaradılmasında göstərdiyi əvəzsiz xidmətlərdən bəhs edib. Bildirib ki, Ulu Öndər Heydər Əliyev türk dünyasının inteqrasiyası, xalqlarımızın yaxınlaşması üçün böyük səy göstərmişdir.

“Təsadüfi deyil ki, indiki Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası kimi qurumların yaradılması ideyası Heydər Əliyevin doğulduğu qədim Naxçıvan torpağında yaranıb. Bu faktın böyük simvolik məna var”, - deyə Şahin Mustafayev əlavə edib.

Konfransda çıxış edənlər Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin türk dünyasının mədəni-mənəvi irsini mükəmməl bildiyini, qardaş ölkələr arasında əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verdiyini qeyd ediblər.

Tədbirdə, həmçinin Prezident İlham Əliyevin bütün sahələrin, o cümlədən elmin, təhsilin və mədəniyyətin inkişafına göstərdiyi qayğıdan, dövlət başçısının həyata keçirdiyi sistemli  islahatlardan danışılıb.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva TÜRKSOY kimi türk əməkdaşlıq strukturunun yaradılmasında Heydər Əliyevin xidmətlərini vurğulayıb. O, böyük şair Məhəmməd Füzulinin 500 illiyi və “Kitab-i Dədə Qorqud” dastanının 1300 illik yubileylərinin UNESCO səviyyəsində qeyd olunmasının, türk dünyasının liderlərinin zirvə toplantılarının təşkilinin də Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdırıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media