https://innews.media/uploads/news/2023-04/_innews_4c36bc24cd59ed5414ff9ddd2_o.jpg
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatla bağlı son iki gün ərzində keçirdikləri əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı rayon sakinlərindən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ümumilikdə 12 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb və aidiyyəti üzrə təhvil verilib.
Faktlar üzrə Lənkəran ŞRPŞ-də müvafiq araşdırmalar aparılır.
Ən son xəbərləri səhifəmizdən də izləyin