logo
 30 ildən sonra doğma torpaqda açılan ilk iftar süfrəsi


30 ildən sonra doğma torpaqda açılan ilk iftar süfrəsi


30 ildən sonra doğma torpaqda açılan ilk iftar süfrəsi
 30 ildən sonra doğma torpaqda açılan ilk iftar süfrəsi


Yelo Bank, “ASAN xidmət”in birgə təşkilatçılığı və Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin dəstəyi ilə sosial aksiya keçirib. 

Ramazan bayramı münasibətilə Tərtərin Talış kəndi sakinlərinə bayram sovqatları paylanılıb. Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin dəstəyi ilə reallaşdırılan aksiyada işğaldan sonra ilk iftar süfrəsi açılıb. Məqsəd tarixi Azərbaycan torpağı olan ərazilərdə yenidən milli-mənəvi dəyərlərimizi bərpa etmək, öz dədə-baba torpaqlarına qayıtmış vətəndaşlarımıza bayram sevincini yaşatmaqdır.

Qeyd edək ki, rəşadətli ordumuz tərəfindən Talış kəndi 2020-ci il oktyabrın 3-də azad edilib. İndiyədək kəndə 90 nəfərdən çox olmaqla 20 ailə qayıdıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin