logo
BDU-da Ümumdünya Bioloqlar Gününə həsr olunmuş ustad dərsi

BDU-da Ümumdünya Bioloqlar Gününə həsr olunmuş ustad dərsi

BDU-da Ümumdünya Bioloqlar Gününə həsr olunmuş ustad dərsi BDU-da Ümumdünya Bioloqlar Gününə həsr olunmuş ustad dərsi

Bakı Dövlət Universitetinin (BDU) Biologiya fakültəsində Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, biologiya elmləri doktoru Aydın Əsgərovun 16 aprel - Ümumdünya Bioloqlar Gününə həsr olunmuş ustad dərsi keçirilib.

Fakültə dekanı Afət Məmmədova tələbələrə bioloq ixtisasının üstünlükləri, cəmiyyətə faydası barədə məlumat verib. Qeyd edib ki, bioloqlar canlı orqanizmləri və onların ətraf mühitlə qarşılıqlı əlaqəsini tədqiq edirlər. Afət Məmmədova daha sonra tələbələrə bioloq peşəsinin xüsusiyyətlərinə dair tövsiylər verib.

Biologiya elmləri doktoru Aydın Əsgərov ustad dərsində tələbələri Azərbaycanın biomüxtəlifliyi, onun qorunması, geobotaniki tədqiqat metodları və s. barədə məlumatlandırıb. Müasir dövrdə bioloq ixtisasına verilən tələbləri izah edib.

Daha sonra məruzəçi tələbə və əməkdaşların suallarını cavablandırıb. Dərsin sonunda fakültədə laboratoriya dərslərinin keçirilməsi barədə tələbələrin hazırladıqları videoçarx nümayiş etdirilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media