https://innews.media/uploads/news/2023-04/_innews_2971f48c09ec5a908b4beaf61_o.jpg
14 mayda konsert verməyə hazırlaşan reper Orxan Zeynallı keçmiş “Dəyirman” qrupunun üzvü, hazırda Nyu-Yorkda yaşayan reper L-Mirlə duet oxuyub.
innews.media xəbər verir ki, “Öz aramızdır” adlı mahnı dijital platformalarda və Orxanın rəsmi yutub kanalında paylaşılıb. Uzun müddət öncə Azərbaycandan köçüb ABŞ-də yaşayan sənətçilər trekin sözlərini birgə yazıblar. Musiqi isə Clavisə məxsusdur.
Qeyd edək ki, reper ötənilki anşlaq konsertlərindən sonra yenidən Elektra Events Hallda səhnəyə çıxacaq.
Ən son xəbərləri səhifəmizdən də izləyin