https://innews.media/uploads/news/2022-04/_innews_3fd80e16365a3f27562fe6c7d_o.jpg
Qazaxıstan Respublikası Prezindentinin Administrasiyasının Rəhbərinin Müavini – Beynəlxalq əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi Yerjan Kazıxanın rəhbərlik etdiyi Qazaxıstan nümayəndə heyəti Bakıya işgüzar səfər edib.
Qazaxıstan Prezidentinin Xüsusi Nümayəndəsi Azərbaycan Prezidentinin Administrasiyasının Rəhbəri Samir Nuriyevlə, Prezidentin Xarici Siyasət üzrə Köməkçisi Hikmət Hacıyevlə, İqtisadiyyat Naziri Mikayıl Cabbarovla və “Azərbaycan Dəmir Yolları” QSC-nın Sədri Cavid Qurbanovla görüşlər keçirib.
Keçirilən danışıqlar zamanı tərəflər regional və beynəlxalq gündəliyi ilə bağlı fikir mübadiləsi apardılar, ticari-iqtisadi, tranzit-nəqliyyat, logistika və energetika sahələrdə əməkdaşlığın inkişafı məsələlərini, diplomatik münasibətlərin qurulmasının 30 illiyi çərçivəsində qarşıda duran planları müzakirə ediblər.
Mövcud olan nəqliyyat-logistika infrastrukturun genişləndirilməsi və möhkəmləndirilməsi, iki ölkənin iqtisadi potensialından maksimal dərəcədə istifadə edilməsi ilə bağlı qarşılıqlı maraq ifadə olunub.
Səfər çərçivəsində həmçinin Qazaxıstanın Azərbaycandakı dəmir yol və neft-qaz şirkətlərinin rəhbərləri ilə ayrıca görüşlər keçirilib. Görüşlərdə qarşılıqlı əməkdaşlıqla bağlı cari və perspektivli praktiki məsələlər nəzərdən keçirilib.