logo
Tacikistan Respublikasının Azərbaycandakı səfiri ilə görüş keçirilib

Tacikistan Respublikasının Azərbaycandakı səfiri ilə görüş keçirilib

Tacikistan Respublikasının Azərbaycandakı səfiri ilə görüş keçirilib Tacikistan Respublikasının Azərbaycandakı səfiri ilə görüş keçirilib

Tacikistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyevlə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycan və Tacikistan arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

Eyni zamanda, “Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiya” çərçivəsində gələcək əməkdaşlığa dair  fikir mübadiləsi aparılıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin