logo
Ankarada 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbiri keçirilib

Ankarada 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbiri keçirilib

Ankarada 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbiri keçirilib Ankarada 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbiri keçirilib

Ankarada 31 Mart -Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “İşğaldan zəfərə. Qazi Universitetində Qarabağ və Xocalı” adlı anım tədbiri keçirilib.

Azərbaycanın Türkiyədəki Səfirliyinin və Qazi Universiteti Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzinin təşkilatçılığı ilə Qazi Universitetində baş tutan tədbirdə Türkiyə hökumətinin nümayəndələri və digər rəsmi şəxslər, millət vəkilləri , akademik dairələrin, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, universitet rəhbərliyi, müəllim və tələbə heyəti, ictimaiyyətin nümayəndələri iştirak edib.

Anım tədbiri şəhidlərin xatirəsinə bir dəqiqəlik sükutla başlayıb. Daha sonra, Azərbaycan və Türkiyənin dövlət himnləri səslənib.

Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov Azərbaycan ərazisində erməni dövlətinin yaradılması üçün əsrlər boyunca həyata keçirilən məkrli plandan, ermənilərin məqsədyönlü şəkildə Azərbaycan torpaqlarında yerləşdirilməsindən danışıb. Səfir Ermənistan tərəfindən Azərbaycanlılara qarşı aparılmış sistematik etnik təmizlik siyasətindən danışaraq bu cinayətlərin təkrarlanmaması üçün hüquqi qiymət verilməsi, onları törədənlərin qanun qarşısında cəzalandırılmasının zəruri olduğunu vurğulamışdır.

Çıxışçılardan Türkiyə Böyük Millət Məcliisnin üzvü, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım XX əsrdə Azətbaycanılılara qarşı törədilmiş cinayətlərə toxunub. Millət vəkili bütün çətinliklərə rəğmən Azərbaycanın qalib ölkə kimi qürurla dayandığını və Türkiyənin də hər zaman Azərbaycanla bərabər olduğunu qeyd edib.

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun (TADİV) rəhbəri professor Aygün Attar 31 mart 1918-ci ildə Bakı və digər ərazilərdə Azərbaycanlılara qarşı törədilmiş soyqırımın vəhşətinə diqqət çəkib, faktları səsləndirib. TADİV rəhbəri bu xalqımıza qarşı törədilmiş bu soyqırımın dünya ictimaiyyətinin diqqətinə çatdırılmasının, həmçinin hənc nəsillər tərəfindən tariximizin bu qanlı səhifələrinin hər zaman xatırlanmasının zəruriliyini vurğulayıb.

Qazi Universitetinin rektoru professor Musa Yıldız və Türk Dünyası Tətbiq və Araşdırma Mərkəzi direktoru professor Alev Kuru çıxış efərək, Qazi Universitetinin Azərbaycanla bağlı mövzulara diqqətlə yanaşması, uzun illərdir Azərbaycan xalqının haqq işinə dəstək xarakterli tədbirlərin Qazi Universiteti müəllim və tələbə heyətinin birgə səyləri ilə keçirildiyini qeyd edilblər.

Bundan sonra “İşğaldan zəfərə uzanan yolda Qazi Universitetində Qarabağ və Xocalı” adlı sənədli film nümayiş etdirilib.

Tədbirin sonunda Qazi Universitetinin təşəbbüsü ilə müxtəlif vaxtlarda nümayiş etdirilmək üçün çəkilmiş, daha sonra Xocalı soyıqırımına qarşı beynəlxalq cəmiyyətin ədalətsiz yanaşmasına etiraz məqsədi ilə müəllifləri tərəfindən qaralanaraq bu şəkildə nümayiş etdirilmiş Xocalı ilə bağlı rəsm əsərlərinin müəlliflərinə sertifikatlar təqdim edilib və rəsm  əsərlərinin işğaldan azad olunmuş ərazilərimizdə gələcəkdə inşa ediləcək muzeylərdə nümayiş etdirilməsi məqsədi ilə Azərbaycan tərəfinə hədiyyə edilməsi barədə sertifikat səfir Rəşad Məmmədova təqdim edilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media