https://innews.media/uploads/news/2023-03/_innews_ec83e9eec5a8714d832d64b99_o.jpg
Göygöl Rayon İcra Hakimiyyəti tərəfindən dövlət qulluqçularının peşəkarlığının artırılması və iş keyfiyyətinin yaxşılaşdırılması, öz şəxsi inkişaflarını peşəkar təlimçilər vasitəsi ilə artırmaları, müasir dövrün tələblərinə cavab verən kadrların formalaşdırılmasına töhfə verilməsi məqsədilə növbəti təlim keçirilib.
Göygöl Rayon İcra Hakimiyyətinin inzibati binasında Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirakı ilə keçirilən təlimdə Kənd Təsərrüfatı Nazirliyi Elm, təhsil və insan resursları şöbəsinin Təlim və inkişaf sektorunun müdiri, Ədliyyə Akademiyasının təlimçisi, Mediasiya Şurasının üzvü Fidan Fətəliyevanın təqdimatında “Münaqişələrin idarə edilməsi” mövzusundan bəhs olunub.
Ən son xəbərləri səhifəmizdən də izləyin