Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı Azərbaycana təşəkkür edib.
innews.media xəbər verir ki, bu barədə türkiyəli diplomat “Twitter” hesabında yazıb:
"Ölkəmizdə və Suriyada baş verən güclü zəlzələlərdən sonra Aİ Komissiyasının təşkil etdiyi Beynəlxalq Donorlar Konfransında yaşayış evlərinin, ictimai və təhsil binalarının tikintisi üçün 100 milyon avro ianə edən can Azərbaycana və digər bütün ianəçi ölkələrə təşəkkür edirik", - deyə bildirib.
O, həmçinin bütün yardım göstərən ölkələrə təşəkkürünü bildirib.