logo
SOCAR-ın prezidenti Rövşən Nəcəf Gənc İstedadlar Proqramına (GİP) seçilmiş gənclərlə görüş keçirib

SOCAR-ın prezidenti Rövşən Nəcəf Gənc İstedadlar Proqramına (GİP) seçilmiş gənclərlə görüş keçirib

SOCAR-ın prezidenti Rövşən Nəcəf Gənc İstedadlar Proqramına (GİP) seçilmiş gənclərlə görüş keçirib SOCAR-ın prezidenti Rövşən Nəcəf Gənc İstedadlar Proqramına (GİP) seçilmiş gənclərlə görüş keçirib

2023-cü il martın 16-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkətində (SOCAR) Gənc İstedadlar Proqramına (GİP) seçilmiş gənclərlə görüş təşkil olunub.

Tələbələr öncə SOCAR-da Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi və Azərbaycan Nefti sərgisi ilə tanış olublar.

Daha sonra GİP-də iştirak edən tələbələrlə SOCAR-ın prezidenti Rövşən Nəcəfin görüşü keçirilib. GİP-in iştirakçılarını təbrik edən Rövşən Nəcəf şirkətin korporativ hədəflərinə çatmasında istedadlı gənclərin rolundan və əhəmiyyətindən bəhs edib. 

Proqramın bundan öncəki qaliblərinin nailiyyətləri ilə bağlı çıxışlarından sonra, görüş müzakirələr formatında davam etdirilib.

footer
Top