logo
Böyük Britaniya və Şimali İrlandiya Krallığının səfiri UNEC-də olub

Böyük Britaniya və Şimali İrlandiya Krallığının səfiri UNEC-də olub

Böyük Britaniya və Şimali İrlandiya Krallığının səfiri UNEC-də olub Böyük Britaniya və Şimali İrlandiya Krallığının səfiri UNEC-də olub

Böyük Britaniya və Şimali İrlandiya Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Fergus Auld UNEC-də olub.

UNEC rektoru professor Ədalət Muradovla görüşdə səfirə universitet barədə ətraflı məlumat verilib. Britaniya Krallığının “Creative Spark” layihəsi çərçivəsində universitetdə həyata keçirilən tədbirlər, eləcə də UNEC-in Britaniya Krallığı universitetləri ilə əməkdaşlığının genişləndirilməsi barədə müzakirələr aparılıb. UNEC-lə səfirliyin birgə təşkilatçılığı ilə “İngilis Dilinin Tədrisi üzrə Beynəlxalq Forum”un (English Teaching İnternational Forum) keçirilməsi haqqında tərəflər arasında ilkin razılıq əldə olunub.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media