https://innews.media/uploads/news/2023-03/_innews_729f2f349336d6da7304de334_o.jpg
Novruz atəşini "Yanardağ"da hiss edin!
19 mart tarixində Yanardağ Dövlət Tarixi-Mədəniyyət və Təbiət Qoruğunda “Bahaar Festival”I keçiriləcək! "Tam Sənə Görə" komandasının təşkilatçılığı ilə baş tutacaq gecədə məşhurlar arasında 2008 və 2015-ci illərdə Azərbaycanın "Eurovision" təmsilçisi Elnur Hüseynov, Səs Azərbaycan yarışmasının qalibi, həmçinin 2022-ci il "Eurovision" təmsilçimiz Nadir Rüstəmli, bəstəkar-müğənni Sivva, gənc ifaçı Dəniz də yer alacaq.
Bundan əlavə olaraq Novruz atributları olan Kosa, Keçəl və Bahar qızı, DJ çıxışı olacaq və müxtəlif növ master-klasslar keçiriləcək.
Ən son xəbərləri səhifəmizdən də izləyin