logo
ADPU-da "Musiqili dəqiqələr" layihəsinin ilk dərsi keçirilib

ADPU-da "Musiqili dəqiqələr" layihəsinin ilk dərsi keçirilib

ADPU-da "Musiqili dəqiqələr" layihəsinin ilk dərsi keçirilib ADPU-da "Musiqili dəqiqələr" layihəsinin ilk dərsi keçirilib

Martın 11-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Təhsil Könüllüləri Tələbə Birliyinin (ADPU TKTB) tərkibində fəaliyyət göstərən Musiqi dərnəyinin “Musiqili dəqiqələr” layihəsinin  ilk dərsi keçirilib.

Dərsdə musiqi nəzəriyyəsi, piano aləti haqqında ümumi məlumat verilmiş, “Not nədir, notu necə müəyyən etmək olar?” kimi mövzular ətrafında müzakirələr aparılmış,daha sonra tələbələrlə birlikdə pianoda kiçik melodiyalar ifa edilmişdir.

“Tələbənin tələbəyə dəstəyi” prinsipi əsasında təşkil olunan layihədə musiqi dərsləri universitetin tələbəsi İlahə Əliyeva tərəfindən keçirilib. İştirakçılar dərsi maraqla qarşılayıb.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media