https://innews.media/uploads/news/2023-03/_innews_a69b4f3f4c955c20318190887_o.jpg
Bakının Nərimanov rayonunda dava zamanı mühafizəçi döyülüb.
innews.media APA-ya istinadla xəbər verir ki, hadisə Təbriz küçəsi 94 ünvanında qeydə alınıb.
Belə ki, “Unibank”ın əməkdaşı 1994-cü il təvəllüdlü Bağırov Lətif İsmayıl oğlu işdə olan zaman qəfil naməlum şəxslərin hücumuna məruz qalıb.
O döyülərək ağır bədən xəsarətləri alıb.
Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.
Ən son xəbərləri səhifəmizdən də izləyin