https://innews.media/uploads/news/2023-03/_innews_845593be027f3e6d78530766b_o.jpg
Şamaxıdan olan bir qrup abituriyent Bakı Dövlət Universitetinə (BDU) ekskursiya edib.
Abituriyentlər seçdikləri ixtisas qruplarına uyğun olaraq BDU-nun Hüquq, Mexanika-riyaziyyat, Coğrafiya, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültələri ilə tanış olublar. Fakültələrin laboratoriya, təcrübə və dərs otaqları ilə tanış olan abituriyentlərə BDU-dakı ixtisaslar barədə ətraflı məlumat verilib.
Onlar Coğrafiya fakültəsində eksponat kimi saxlanılan Azərbaycanın ən böyük qlobusuna baxıb, sonra BDU-nun Təkamül təlimi, Faydalı qazıntılar muzeyləri, “Kod Academy” otaqları ilə tanış olublar.
Ekskursiya BDU-nun qarşısında xatirə fotosunun çəkilməsi ilə yekunlaşıb.
Ən son xəbərləri səhifəmizdən də izləyin