logo
Azərbaycan kinosunun 125 illiyinə həsr “Kinokonsert” multimedia şousu təqdim olundu - VİDEO

Azərbaycan kinosunun 125 illiyinə həsr “Kinokonsert” multimedia şousu təqdim olundu - VİDEO

Azərbaycan kinosunun 125 illiyinə həsr “Kinokonsert” multimedia şousu təqdim olundu - VİDEO Azərbaycan kinosunun 125 illiyinə həsr “Kinokonsert” multimedia şousu təqdim olundu - VİDEO

Son iki il ərzində Respublikada öz yaradıcılıq layihələri ilə yüksək sənət gündəmi formalaşdıran “Art-East Media Group” şirkəti yeniliklərə imza atmağa davam edir. Ətrafında peşəkar sənət adamlarını toplayan “Art-East Media Group” şirkəti 24 və 25 fevral tarixlərində paytaxt sakinləri və şəhərimizin qonaqlarına iki yaradıcılıq layihəsi təqdim etmişdir.

24 fevral tarixində təqdim olunan yaradıcılıq layihəsi “Azərbaycanfilm” kinostudiyası və Azərbaycan Dövlət Film Fondu kimi mötəbər sənət ocaqları ilə əməkdaşlıq çərçivəsində ərsəyə gəlmişdir. Belə ki, “Art-East Media Group” şirkətinin brendi olan “Avanqard” Kamera Orkestrinin təqdimatında “Azərbaycanfilm” kinostudiyasının 100, Azərbaycan kinosunun 125 illiyinə həsr olunmuş yüksək bədii zövqlə yeni aranjiman edilmiş milli kinomuzun parlaq nümunələrindən olan musiqi əsərlərini özündə ehtiva edən “Kinokonsert” multimedia şousu qarşısına qoyduğu məqsədlərə, habelə ölkəmizin ictimai və mədəni həyatında fəal iştirak etmək, dünyada və ölkədə cərəyan edən sənət prosesinə uyğun ideyalar reallaşdırmaq və yüksək sənəti dərk etməyə qadir mütərəqqi tamaşaçı zövqünü formalaşdırmaq kimi məqsədlərə nail olmuşdur. Bunu səhnə əsərini izləyənlər arasında yer alan həm görkəmli sənət adamları, sənət tənqidçiləri, ictmai xadimlərin, həm də sıravi tamaşaçı rəyləri sübut edir.

Tanınmış aktyor Ruslan Sabirlinin aparıcılığı ilə baş tutan multimedia şousunda “Avanqard” Kamera Orkestri “Arşın mal alan”, “Sehirli xalat”, “Baladadaşın ilk məhəbbəti”, “Güllələnmə təxirə salınır”, “Bəxtiyar”, “Alma almaya bənzər”, “Böyük dayaq”, “Əhməd haradadır?”, “Ölsəm bağışla”, “Uşaqlığın son gecəsi”, “O olmasın , bu olmasın”, “Gün keçdi”, “Dərviş parisi partladır”, “Rəqiblər”, “Tıq-tıq xanım”, “Gümüşgöl əfsanəsi”, “Yuxu”, “Ordan burdan”, və s. filmlərinin saundtreklərini təqdim etmiş, bir çox səhnələr peşəkar rəqqas qismində çıxış edən Bakı Xoreoqrafiya Akademiyasının şagird-tələbə heyətinin canlandırdığı xoreoqrafik nömrələrlə müşayiət edilmişdir.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin