logo
Milli Məclisin sədr müavini Adil Əliyev parlamentdə vətəndaşları qəbul edib - FOTO

Milli Məclisin sədr müavini Adil Əliyev parlamentdə vətəndaşları qəbul edib - FOTO

Milli Məclisin sədr müavini Adil Əliyev parlamentdə vətəndaşları qəbul edib - FOTO Milli Məclisin sədr müavini Adil Əliyev parlamentdə vətəndaşları qəbul edib - FOTO

Aprelin 11-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman Komitəsinin sədri Adil Əliyev Milli Məclisdə vətəndaşların qəbulunu həyata keçirib. Ölkəmizin ayrı-ayrı rayon və şəhərlərindən müraciət etmiş şəhid ailələrinin, qazilərin, habelə ayrı-ayrı vətəndaşların qəbulu zamanı, onlar tərəfindən qaldırılmış sosial, iqtisadi və məişət problemlərinin bir hissəsi dərhal yerindəcə həll olunub. Xüsusi karantin rejiminin şərtlərinə riayət edərək təşkil edilmiş qəbul zamanı vətəndaşların qaldırdıqları digər məsələlərlə əlaqədar aidiyyəti qurumlara məktublar ünvanlanıb.

Qəbul zamanı Milli Məclisin sədr müavini bugünkü qəbulun əlamətdar bir günə - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2018-ci il aprel ayının 11-də növbəti dəfə dövlət başçısı seçilməsinin 4-cü ildönümünə təsadüf etdiyini bildirib. Qeyd edib ki, bu müddət ərzində xalqımız üçün taleyüklü məsələ olan torpaqlarımız düşmən işğalından həmişəlik azad edilib, şanlı üçrəngli bayrağımız Vətən səmasında qürurla dalğalanır. İstər daxili, istərsə də xarici münasibətlərdə dövlət başçısının atdığı məqsədyönlü addımların sayəsində Azərbaycan dünyanın ən qüdrətli dövlətlərindən birinə çevrilib. Vitse-spiker bildirib ki, xarici siyasətdə qazanılan uğurlarla bərabər, vətəndaşların sosial-rifah halının yaxşılaşdırılması hər zaman dövlətimizin əsas prioritet istiqamətlərindəndir.

Qəbulda iştirak edən vətəndaşlar ərizə və müraciətlərə operativ yanaşılmasına görə, eləcə də qəbulda iştirak edən şəhid ailələri və qazilər onlara göstərilən yüksək diqqət və qayğı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media