logo
Baş Prokurorluğun nümayəndə heyəti Litvada tədris turunda iştirak edib

Baş Prokurorluğun nümayəndə heyəti Litvada tədris turunda iştirak edib

Baş Prokurorluğun nümayəndə heyəti Litvada tədris turunda iştirak edib Baş Prokurorluğun nümayəndə heyəti Litvada tədris turunda iştirak edib

“Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi çərçivəsində 20-24 fevral 2023-cü il tarixlərində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərliyi ilə başlanan tədris turunda Baş Prokurorluğun nümayəndə heyəti iştirak edib.

Səfər zamanı Litva Respublikasının aktivlərin bərpası, idarə edilməsi və maliyyə istintaqına dair təcrübəsi yaxından öyrənilib.

Tədris çərçivəsində Litva Respublikasının Xüsusi İstintaq Xidməti (STT), Müəssisələrin Reyestri Dövlət Mərkəzi, Maliyyə Cinayətlərinin İstintaqı Xidməti və Litva Cinayət Polisi Bürosunda “İnteqrasiya edilmiş Cinayət Proseduru” məlumat bazası (İBPS), maliyyə istintaqı, əmlakların (kriptovalyuta tranzaksiyalarının) müəyyən edilməsi, izlənilməsi, dondurulması mexanizmləri, İT alətlərindən istifadə, çirkli pulların yuyulmasının qarşısının alınması, eləcə də, əmlakların aşkar olunması üzrə CARİN, SİENA kimi əməkdaşlıq formaları barədə məlumatlar verilib, mövzular üzrə ətraflı müzakirələr aparılıb.

Səfər zamanı Litva Respublikasının Baş prokuroru xanım Nida Qrunskiene və Litva Respublikasının Xüsusi İstintaq Xidmətinin rəhbəri Jidrunas Bartkus nümayəndə heyətini qəbul edib, “Əmlakların bərpası sistemində prokurorluğun rolu” və “Cinayət işlərində qanunsuz varlanma və müsadirə elementlərinin tətbiqinin praktiki aspektləri” adlı təqdimatlar nümayiş etdirilib.

Tədbir zamanı keçirilən görüşlərdə Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq prokurorluqda davam etdirilən hüquqi islahatlar, həmçinin, Müzəffər Ali Baş komandanın rəhbərliyi altında şücaətli ordumuzun 30 ilə yaxın müddət ərzində Ermənistan Respublikası tərəfindən işğal altında saxlanılmış torpaqları azad etmələrinə dair məlumatlar verilib.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews.media