https://innews.media/uploads/news/2023-02/_innews_3d805f962bb745ac2fb1d7940_o.jpg
25 fevral 2023-cü il tarixində Tovuz rayon Düz Qırıqlı kənd Uşaq Musiqi Məktəbində Xocalı Soyqırımının 31-ci ildönümünə həsr olunmuş “Tarixin qan yaddaşı – Xocalı” mövzusunda konfrans keçirilib. Müəllim və şagird kollektivinin iştirakı ilə keçirilən tədbirdə öncə faciə qurbanlarının və şəhidlərimizin əziz xatirəsi anılıb.
Giriş sözü ilə çıxış edən məktəbin direktoru Xəyal Nağıyev Xocalıda törədilən soyqırım aktı barədə geniş məlumat verib, bu faciənin sosial şəbəkələrdə və s. dünyaya çatdırılmasında Azərbaycan gəncliyinin üzərinə düşən vəzifələrdən danışıb.
Tədbirin davamında məktəbin müəllimləri – Murad Məmmədov, Sevda Məmmədova, Esmira Rəsulova mövzu ətrafında çıxışlar edib, şagirdlər Xocalı soyqırımına həsr olunmuş şeirlər səsləndiriblər.
Ən son xəbərləri səhifəmizdən də izləyin