logo
Hikmət Əlizadə ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Hikmət Əlizadə ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Hikmət Əlizadə ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib Hikmət Əlizadə ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Ölkə ərazisində fəaliyyət göstərən şadlıq saraylarında, restoranlarda və ictimai-iaşə obyektlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən monitorinqlər zamanı bir sıra obyektlərdə quraşdırılan qaz-toztutucu qurğuların vəziyyətinin qeyri-qənaətbəxş olduğu qeydə alınıb. Bunu Xidmət rəisi Hikmət Əlizadə bildirib.

O qeyd edib ki, bir çox obyekt və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq onlara vaxtaşırı xidmət göstərilmədiyindən havaya normadan artıq tullantı atılır ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur.

“Ramazan ayının başlaması ilə əlaqədar bir çox şadlıq saraylarının, restoranların və ictimai-iaşə obyektlərinin fəaliyyətində fasilə yaranması fürsətindən istifadə edərək obyekt sahibləri qurğulara texniki xidmət göstərilməsi, filtrlərin vaxtında təmizlənməsi məqsədilə zəruri tədbirlər görməlidir”.

footer
Top

Ən son xəbərləri səhifəmizdən də izləyin

innews media